• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda qeyri-dövlət sektorunda məşğul əhalinin payı 80 %-ə çatdırılacaq

CƏMİYYƏT

22 Iyul 2022 | 14:37

Azərbaycanda qeyri-dövlət sektorunda məşğul əhalinin payı 80 %-ə çatdırılacaq

Yaxın 5 ildə Azərbaycanda qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6 %-dən artaraq 80 %-ə çatdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.

Strategiyaya əsasən, özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaqdır: "Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaqdır. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək".

Bildirilir ki, qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50 % (2021-ci ildə 46,9 % olub) təşkil edəcəkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026