• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ermənilər Laçını minalayır - VİDEO

CƏMİYYƏT

21 Avqust 2022 | 00:34 | Müəllif: Subhan Mahmudov

Ermənilər Laçını minalayır - VİDEO

Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra qeyri-qanuni erməni hərbi dəstələrinin Azərbaycan ərazisindən çıxması sürətlənib.

Bakıvaxtı.az xəbər verir ki, onlar ağır texnikalarını da götürüb Azərbaycanın suveren ərazisini tərk edir. Bununla belə, erməni tərəfi özünün işğalçı adətlərinə sadiq qalaraq Kəlbəcərdə olduğu kimi, Laçında da yanğınlar törətməkdə və əraziləri minalamaqla məşğuldurlar.

Bu barədə “Caliber” layihəsinin "Yutub" kanalında yayımlanan növbəti süjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, Azərbaycan tərəfi düşmənin növbəti dağıdıcı fəaliyyətinə kifayət qədər hazırlıqlı davranır.

Belə ki, ordumuz pilotsuz uçuş aparatlarının vasitəsi ilə Laçında baş verən bütün dağıdıcı fəaliyyətləri qeydə alır, həmçinin bir neçə gün əvvəl Sarıbaba yüksəkliyində yeni basdırılmış minaları aşkar edərək zərərsizləşdirib.

Ətraflı “Caliber”in növbəti videosüjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026