• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Nazir BƏƏ-nin yeni səfiri ilə görüşdü

CƏMİYYƏT

19 Sentyabr 2022 | 17:51

Nazir BƏƏ-nin yeni səfiri ilə görüşdü

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ölkədə enerji sahəsinin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Bakıvaxtı.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun BƏƏ-nin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşündə bildirilib.

Məlumata görə, görüşdə ölkəmizdə enerji sahəsində həyata keçirilən yerli və qlobal əhəmiyyətli layihələr, o cümlədən elektroenergetikanın inkişafı və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb.

BƏƏ-nin “Masdar” və “TAQA” şirkətləri ilə mövcud əməkdaşlıq və cari layihələrin icra vəziyyəti nəzərdən keçirilib. İki ölkə arasında “yaşıl enerji” əməkdaşlığı enerji keçidinə birgə töhfə kimi qiymətləndirilib və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR