• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

DƏHŞƏT! Ana 20 günlük uşağını döyə-döyə öldürdü

CƏMİYYƏT

20 Avqust 2022 | 23:46 | Müəllif: Qalib İbrahimoğlu

DƏHŞƏT! Ana 20 günlük uşağını döyə-döyə öldürdü

Türkiyədə ana övladını döyərək öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Kırşehir şəhərində baş verib. Burada sosial şəbəkədə tanış olan Z.A və D.A ailə qurublar. Ana Z.A ikinci uşaqları M.A-nı naməlum səbəbdən döyməyə başlayıb.

Uşağın ağlamaq səsini qonşuları eşidərək evə gəliblər.  Dərhal polisə xəbər verilib, əməkdaşlar hadisə yerinə cəlb olunub.

Polis əməkdaşları ana və atanı şöbəyə aparıblar. Lakin evə gələn təcili tibbi yardım işçiləri artıq 20 günlük körpənin öldüyünü bildiriblər.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (lent.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR