• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ombudsmandan terrorizmlə mübarizədə dünyaya ÇAĞIRIŞ

CƏMİYYƏT

21 Avqust 2022 | 09:52 | Müəllif: Subhan Mahmudov

Ombudsmandan terrorizmlə mübarizədə dünyaya ÇAĞIRIŞ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) dünya ictimaiyyətinə müraciət edib.

Bakıvaxtı.az xəbər veriri ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

“Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr tarixli qətnaməsinə əsasən təsis edilib və hər il 21 avqust tarixində dünyada qeyd olunur. Bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas azadlıqlarının qorunmasına və tam şəkildə həyata keçirilməsinə təkan verməkdir.

Ermənistanın etnik nifrət zəmnində həyata keçirdiyi terror siyasətindən uzun müddət əziyyət çəkərək çoxsaylı insan tələfatları vermiş bir ölkənin Ombudsmanı olaraq, terrorizmin bütün formalarını qətiyyətlə pisləyir, terror qurbanlarının xatirəsini ehtiramla yad edir və dünya ictimaiyyətini terrorizmin qarşı birgə mübarizədə fəal olmağa çağırırıq!”, - müraciətdə bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR