Kartofdan hazırlanan yeməklər, bir qayda olaraq yüksək kalorilidir. Bununla belə, həmin xörəklər daxili orqanların işini həddən artıq yükləyir. Bəs bunun qarşısını necə almaq olar? Kartofu sağlamlıq üçün mümkün qədər necə faydalı edə bilərik?
Bakıvaxtı.az-ın məlumatına görə, həkim-endokrinoloq Zuxra Pavlova deyib ki, bişirilmə zamanı kartof bir qayda olaraq, daha kalorili olur: kartof püresinə yağ, süd və ya qaymaq qoyulur. Onun sözlərinə görə, yağlı, qızardılmış qidaların həddindən artıq mövcud olması qaraciyər və böyrəklərə zərbə vurmaqla yanaşı, ürək xəstəlikləri və şəkərli diabetin inkişaf riskini artırır.
Pavlova kartof bişdikdən sonra onu soyutmağı məsləhət görüb. Mütəxəssis bildirib ki, bu halda o istehlak edildikdə qanda şəkərin səviyyəsi tez və kəskin şəkildə yüksəlmir.
"Belə davamlı nişasta qida lifi kimi həzm olunur - yoğun bağırsaqda fermentasiya olunur və bunun sayəsində faydalı bağırsaq bakteriyaları aktiv şəkildə inkişaf edərək qidalanır və bu fəallığın nəticəsində immunitet gücləndirilir", - deyə Zuxra Pavlova qeyd edib.
Aytac Aslan