• Bakı 22° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Həkimə getməzdən əvvəl nələrə diqqət edilməlidir?

CƏMİYYƏT

20 Sentyabr 2022 | 07:09 | Müəllif: Qalib İbrahimoğlu

Həkimə getməzdən əvvəl nələrə diqqət edilməlidir?

Həkimə getməzdən əvvəl müəyyən qaydalara əməl olunmalıdır. Bu, müayinə və analizlərin nəticəsinin düzgün olması üçün vacibdir.

Bakıvaxtı.az-ın məlumatına görə, həkim endokrinoloq Fərhad Burzu bildirib ki, xüsusi bir hazırlıq edib-etməmək lazım olduğunu həkimdən (və ya onun asistentindən) soruşmaq mütləqdir:

-ac və ya tox;

-bir gün əvvəlki qidalanma və istirahət normaları;

-menstruasiya dövrü;

-əlavə müayinə materialının lazım ola biləcəyini (məsələn, ilk sidik);

-qəbul etdiyiniz hərhansı bir dərman (lar) varsa onları davam edib etməməyi.

-qadınlar həkimə gedəcəksə makiyaj, epilyasiya (ixtisasa görə bəzən dəyişə bilər) və ya digər hər hansı müdaxilənin olmaması;

-kişilər müayinəyə getməzdən qabaqkı gecə və səhəri həddindən çox alkoqol və ya hər hansı qida maddəsi və ya içki, qəlyan və s. istifadə etməmələri; spermogramma vermə ehtimalına görə cinsi əlaqə pəhrizi günləri;

-müayinə zamanı müayinədə sizə yardımçı olan (şikayətlərinizi və digər sağlamlıq vəziyyətinizi danışa biləcəyiniz) yaxınınızı götürməyi;

-müayinəyə getməzdən əvvəlki gün bütün köhnə müayinə nəticələri (hətta qovluğa yığıb tarixə görə sıralamaq mümkünsə), dərman preparatları-hətta cari həkim yazmayıbsa belə, bəzi hallarda davamlı istifadə etdiyi təzyiqölçən və şəkərölçəni (onların yaddaşında məlumatlar olur) götürmənizi;

-müayinə və müalicə üçün ən azı 2 gün ayırmanızı.

"Planlasanız müraciətiniz daha uğurlu və həkiminizin xidmət keyfiyyəti daha yüksək olacaqdır", - deyə F.Burzu əlavə edib/.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR