• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Uşaqlarda ürəkbulanma, qusma, ishal varsa... - Adı bilinməyən virusla bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

22 Iyun 2022 | 14:57

Uşaqlarda ürəkbulanma, qusma, ishal varsa... - Adı bilinməyən virusla bağlı XƏBƏRDARLIQ

Məlum olduğu kimi, son günlər uşaqlar arasında adı bilinməyən virus yayılıb. Belə ki, virus özünü ishal, qusma və yüksək hərarətlə göstərir.

Valideynlərin əksəriyyəti övladını evdə müalicə etməyə çalışsa da, sonda xəstəxanaya aparmalı olur. Bəs bu hansı virusdur  və uşaqları ondan necə qoruya bilərik?

Pediatr Qoşqar İsmayılovun Bakıvaxtı.az-a dediyinə görə, uşaqlar arasında yayılan bu xəstəlik son zamanlar artsa da, bir neçə ildir var. Həkim vurğulayıb ki, Rota-Adenovirusların törətdiyi yüksək hərarət, ürəkbulanma, qusma və ishaldır.

Q.İsmayılov valideynlərə müraciət edərək, onları diqqətli olmağa çağırıb. Əgər valideyn görsə ki, uşağının tez-tez ürəyi bulanır, nə yesə qaytarır, qarnı gedir, mütləq həkimə müraciət etsinlər: “Çünki vaxtında müraciət etmədikdə susuzlaşma, egzoz halı yaranır”.

Aytac Aslan


SON XƏBƏRLƏR