ABŞ qüvvələri prezidentin göstərişinə uyğun olaraq İran limanlarına daxil olan və limanlardan çıxan bütün dəniz nəqliyyatı üzərindəki blokadanı ləğv edib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu addım ABŞ ilə İran arasında əldə olunduğu bildirilən yeni anlaşma çərçivəsində atılan ilk praktiki addımlardan biri kimi qiymətləndirilir.
"Bu gündən etibarən ABŞ qüvvələri İran limanlarına və limanlarından həyata keçirilən gəmi tranzitinə mane olmur. ABŞ hərbi qüvvələrinin dəniz blokadasının tətbiqi ilə bağlı bütün fəaliyyətləri dayandırılıb", – deyə bəyanatda qeyd olunub.
Gülşən Şərif
Bakı 



