• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rubio Kubaya çağırış edib

DÜNYA

19 Iyul 2026 | 10:33 | Müəllif: Əli Hüseynov

Rubio Kubaya çağırış edib

ABŞ dövlət katibi Marko Rubio Kubanı siyasi motivlərlə həbs edildiyi iddia olunan 700-dən çox məhbusu dərhal azadlığa buraxmağa çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, ABŞ dövlət katibi bunu tanınmış kubalı dissident rəssam Luis Manuel Otero Alkantaranın beş il həbsdə qaldıqdan sonra azad buraxılmasına münasibət bildirərkən söyləyib.

    Marko Rubio Luis Manuel Otero Alkantaranın artıq Kubadan ABŞ-a gəldiyini təsdiqləyib: “Rejimin qanunsuz olaraq həbsdə saxladığı 700-dən çox siyasi məhbusun dərhal azad edilməsinə çağırırıq. Beynəlxalq ictimaiyyət Kuba rejiminin insan hüquqlarının pozulmasına daha göz yummamalı və bu repressiyalara son qoyulmasını tələb etmək üçün bizə qoşulmalıdır”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Noyabr 2026