• Bakı 29° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Rostovda dəhşətli meşə yanğını: 310 hektar ərazi alovlar içindədir

DÜNYA

18 Avqust 2026 | 10:16

Rostovda dəhşətli meşə yanğını: 310 hektar ərazi alovlar içindədir

Rusiyanın Rostov vilayətində kütləvi meşə yanğını baş verib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Verxnedonsk meşəçiliyində başlayan alov qısa müddətdə 310 hektar ərazini əhatə edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli idarəsindən verilən məlumata görə, yanğının söndürülməsinə FHN əməkdaşları, Meşə Təsərrüfatı, bələdiyyə qüvvələri və könüllülər daxil olmaqla, ümumilikdə 108 nəfər şəxsi heyət və 38 ədəd xüsusi texnika cəlb olunub.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb, ərazidə söndürmə işləri davam etdirilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026