• Bakı 29° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Rusiyanın elektron ticarət nəhəngi VURULDU: 620 dronla hücum planı...

DÜNYA

18 Avqust 2026 | 10:08

Rusiyanın elektron ticarət nəhəngi VURULDU: 620 dronla hücum planı...

Son aylarda Ukrayna Rusiya ərazisinə ağır zərbələr endirib. Moskva isə Ukrayna paytaxtına hücumlarını əhəmiyyətli dərəcədə gücləndirib, xüsusən də ələ keçirilməsi çətin olan ballistik raketlər atıb.

Bakıvaxtı.az “bfmtv.com”a istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin Rusiya paytaxtının bölgəsinə gecə ərzində ən azı 620 dron atıldığını açıqlayıb.

“Bu cihazlardan 180-i Moskva bölgəsində məhv edilib. Bununla yanaşı, hücum nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla üç nəfər yaralanıb”.

S.Sobyanin onu da əlavə edib ki, dronlar, həmçinin Rusiyanın elektron ticarət nəhəngi “Wildberries”ə məxsus anbara da zərbə endirib:

Hücum nəticəsində logistika kompleksinə də ziyan dəyib.

Qeyd edək ki, Ukrayna və Rusiya aylardır ki, hava hücumlarını gücləndiriblər. Nəticədə mülki şəxslər arasında itkilərin sayı artır. Ötən həftənin bazar günü Rusiyada yüzlərlə pilotsuz təyyarənin hücumu nəticəsində 12 nəfər, Ukraynada isə Rusiyanın hava hücumları nəticəsində 7 nəfər həlak olub.    

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026