• Bakı 29° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Fransa səfiri İrandan qovulmaqla hədələndi

DÜNYA

18 Avqust 2026 | 10:32

Fransa səfiri İrandan qovulmaqla hədələndi

“Tehranda ABŞ səfirliyinin olmaması səbəbindən digər Qərb ölkələrinin kəşfiyyat orqanlarının əməkdaşları İranda məlumatların toplanması və Vaşinqtonun planlarının həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürüblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Ələddin Borucərdi deyib.

Deputatın iddiasına görə, Fransa bu istiqamətdə ən fəal ölkələrdən biridir.

O bildirib ki, bu ölkələrin bütün fəaliyyətləri İran kəşfiyyatı tərəfindən izlənilir və milli təhlükəsizliyə zərər vurmağa yönəlmiş istənilən addım ciddi və sərt tədbirlə qarşılanacaq.

Borucərdi qeyd edib ki, Vyana Konvensiyasına əsasən, rəsmi məsuliyyət və icazə verilən diplomatik fəaliyyət çərçivəsindən kənara çıxan şəxslər (bu halda Fransa səfiri və səfirliyin digər əməkdaşları) ölkədən “arzuolunmaz şəxs” (persona non qrata) kimi çıxarıla bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026