• Bakı 26° C

    14.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

İran Hörmüz boğazı ilə bağlı yeni təklif irəli sürüb

DÜNYA

19 Iyul 2026 | 10:24

İran Hörmüz boğazı ilə bağlı yeni təklif irəli sürüb

İran Hörmüz boğazından Omana gəmilərin hərəkəti üçün yeni həll yolu təklif edilib.

Bakıvaxrı.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

"Hörmüz boğazının minalardan təmizlənməsi məsuliyyəti İranın üzərinə düşür", - Qəribabadi qeyd edib.

O həmçinin bildirib ki, İran Omanın suverenliyini pozmaq niyyətində deyil: "İran Hörmüz boğazı üzərindəki suverenliyini istənilən vasitə ilə müdafiə edəcək və heç bir halda bu boğazın cənub marşrutunu qəbul etməyəcək".

İranın XİN-in rəsmisi ABŞ ilə danışıqlar mövzusuna da toxunub. "Bu günə qədər biz ABŞ ilə İslamabad razılaşması çərçivəsində heç bir danışıqlar aparmamışıq", - o vurğulayıb.

K.Qəribabadinin sözlərinə görə, İran ABŞ ilə danışıqlar barədə heç bir tələb irəli sürməyəcək.

Xatırladaq ki, iyulun 18-də Qəribabadi İranın İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırdığını açıqlayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026