• Bakı 21° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ukraynada səfirliyimizə zərər dəydi

DÜNYA

19 Iyul 2026 | 12:14 | Müəllif: Əli Hüseynov

Ukraynada səfirliyimizə zərər dəydi

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub.

Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.

Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026