• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Uber" ABŞ-də dronlarla çatdırılma xidmətinə başlayacaq

DÜNYA

18 Avqust 2026 | 11:22 | Müəllif: Gülşən Şərif

"Uber" ABŞ-də dronlarla çatdırılma xidmətinə başlayacaq

"Uber Technologies" və "Zipline" şirkətləri ABŞ-də "Uber Eats" müştəriləri üçün avtonom dronlarla çatdırılma xidmətinin işə salınması məqsədilə tərəfdaşlıq barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində "Uber" dronla çatdırılma şirkəti "Zipline"a strateji investisiya da yatırıb.

Şirkətlər 2029-cu ilin sonunadək gündə 1 milyon dron çatdırılmasına nail olmağı planlaşdırırlar. İlk çatdırılmaların bu ilin sonunda həyata keçirilməsi nəzərdə tutulur.

Xidmət əvvəlcə "Zipline"ın ABŞ-də artıq fəaliyyət göstərdiyi ərazilərdə istifadəyə veriləcək. Daha sonra isə onlarla əlavə şəhərə genişləndiriləcək.

Dörd qitədə fəaliyyət göstərən "Zipline" indiyədək 2 milyon çatdırılma həyata keçirib. Şirkət bu ilin əvvəlində 800 milyon dollar investisiya cəlb edib. Son qiymətləndirməyə əsasən, "Zipline"ın dəyəri 7.6 milyard dollar təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026