• Bakı 28° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

İndoneziyada növbəti güclü zəlzələ

DÜNYA

18 Avqust 2026 | 11:50

İndoneziyada növbəti güclü zəlzələ

İndoneziyanın Sumatra adasında 5.6 maqnitudalı zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri 840 min nəfər əhalisi olan Padanq şəhərindən 209 kilometr qərbdə yerləşib. Seysmik hadisənin ocağı 10 kilometr dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, avqustun 15-də İndoneziyada 7.7 maqnitudalı zəlzələ baş verib. Bunun ardınca elə həmin tarixdə 6.9, növbəti günlərdə isə 6, 5.7 maqnitudalı təkanlar qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026