• Bakı 28° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

FTB-nin axtardığı şəxs Gürcüstanda saxlanılıb

DÜNYA

18 Avqust 2026 | 11:52

FTB-nin axtardığı şəxs Gürcüstanda saxlanılıb

Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında terror təşkilatlarının fəaliyyətinə dəstək verdiyinə görə axtarışda olan ABŞ və Özbəkistan vətəndaşını həbs ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən xarici terror təşkilatına maddi dəstək vermək üçün sui-qəsd, maddi dəstək vermək və maddi dəstək verməyə cəhd ittihamları ilə axtarışda olub.

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, axtarışda olan şəxs xarici terror təşkilatına dəstək tapmaq üçün ABŞ-da qrup və eyni məqsədlə maliyyə dəstəyi şəbəkəsi də yaradıb. Bu qrupun lideri və üzvləri Suriyadakı terror təşkilatlarına, o cümlədən İŞİD-ə fəal şəkildə maddi, texniki və maliyyə dəstəyi göstəriblər.

Bundan əlavə, saxlanılan şəxs müxtəlif şəxslərin döyüşmək üçün Suriyaya getməsinə də kömək edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026