İzmirdə ata ilə oğul arasında mübahisə qətllə nəticələnib.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Qaziemir rayonunda qeydə alınıb.
Hadisə dünən saat 21:15 radələrində Qaziemir rayonunun Aktəpə məhəlləsində baş verib. Məlumata görə, ata B.K. (46) ilə 21 yaşlı oğlu Furkan K. arasında gəncin narkotik istifadəsi ilə bağlı mübahisə düşüb. Oğul ilə ata arasındakı gərginlik tez daha sonra davaya çevrilib. Mübahisə zamanı qəzəbini cilovlaya bilməyən ata B.K. evdən ov tüfəngini götürərək oğluna atəş açıb.
Sinəsindən güllə yarası alan gənc hadisə yerində ölüb.
Oğlunu vurduqdan sonra şok içində hadisə yerini tərk edən ata qısa müddət sonra qətldə istifadə etdiyi ov tüfəngini polis bölməsinə gətirərək təslim olub. Silah müsadirə edilib və nəzarətə alınan ata hazırda polis bölməsində dindirilir.
Murad Məmmədli
Bakı 



