• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Smotriç: İsrail Qəzzanı tamamilə ələ keçirməlidir

DÜNYA

18 Avqust 2026 | 10:59 | Müəllif: Gülşən Şərif

Smotriç: İsrail Qəzzanı tamamilə ələ keçirməlidir

İsrail dövləti Qəzzaya görə məsuliyyəti öz üzərinə götürməyə razı olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

“İsrail dövləti zolağı tamamilə ələ keçirməli, orada hərbi idarəetmə qurmalı və yəhudi yaşayış məntəqələri yaratmalıdır”, - nazir bildirib.

Smotriç ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik planını da tənqid edib. Həmin plan Fələstin anklavında təhlükəsizliyə nəzarət üçün beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

Maliyyə naziri hesab edir ki, Qəzza zolağında yəhudi yaşayış məntəqələri olmadan İsrailin təhlükəsizliyinin təmin ediləcəyinə zəmanət yoxdur.

Bezalel Smotriç məqsədlərə nail olmaq üçün İsrail hökumətini fələstinlilərin Qəzzadan köçünü təşviq etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026