ABŞ ilə İran arasında imzalanmış yeni memorandumun İsraildə tənqid olunduqdan sonra Amerikanın vitse-prezidenti Cey. Di. Vens İsrail hökumətinin bəzi üzvlərinə sərt mesaj göndərib.
Bakıvaxtı.az-ın “LeMonde.fr”ə istinadla verdiyi xəbərə görə, O, bildirib ki, hazırda dünyada İsrailə ən çox dəstək verən lider məhz ABŞ prezidenti Donald Trampdır.
Vens İsrail rəsmilərini Vaşinqtonla münasibətləri korlamamağa çağırıb:
“D.Tramp hazırda İsrail dövlətinə rəğbət göstərən yeganə güclü dünya lideridir. İsrail hökumətinin ölkənin yeganə qüdrətli müttəfiqinə qarşı hücum xarakterli bəyanatlar verməsi yaxşı hal deyil”.
Vitse-prezident daha sonra vurğulayıb ki, son aylarda İsrailin müdafiəsində istifadə olunan silahların böyük hissəsi ABŞ tərəfindən maliyyələşdirilib və təmin olunub. Onun sözlərinə görə, İsrail rəhbərliyi ölkənin qarşılaşdığı əsas təhlükələri düzgün qiymətləndirməlidir.
Aydın
Bakı 



