• Bakı 24° C

    13.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Robotlar canlı üzərində əməliyyat etdilər

DÜNYA

19 Iyul 2026 | 14:44

Robotlar canlı üzərində əməliyyat etdilər

Humanoid robotlar ilk dəfə insanlar üçün nəzərdə tutulmuş standart tibbi alətlərdən istifadə edərək canlı orqanizm üzərində cərrahi əməliyyat həyata keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin San-Dieqo kampusunun alimləri məlumat yayıblar.

Sınaqlar zamanı robotlar donuz üzərində laparoskopik öd kisəsinin çıxarılması əməliyyatını uğurla icra ediblər. Təcrübələrin birində robot cərrahla birlikdə çalışıb, digər sınaqda isə iki insanabənzər robot komanda şəklində əməliyyatı yerinə yetirib.

Tədqiqatçılar bildiriblər ki, bu, ilk belə uğurlu təcrübədir. Əvvəllər bu tip əməliyyatlar yalnız xüsusi hazırlanmış robot manipulyatorlar vasitəsilə həyata keçirilirdisə, yeni sistemlər cərrahi alətləri demək olar ki, insan kimi tuta bilir.

"Surgie" adlandırılan layihə mövcud "da Vinci" kimi cərrahi sistemlərdən xeyli fərqlənir. Belə ki, 800 kiloqramdan artıq çəkiyə malik olan və xüsusi təchiz olunmuş əməliyyat otaqları tələb edən həmin sistemlərdən fərqli olaraq, yeni robot cəmi 27 kiloqramdır və iki ayaq üzərində hərəkət edə bilir.

Layihənin rəhbəri Maykl Yip bildirib ki, bu texnologiya ucqar bölgələrdə və tibbi xidmətə çıxışı məhdud olan ölkələrdə cərrah çatışmazlığı probleminin aradan qaldırılmasına kömək edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026