İsrail hərbçiləri 1982-ci ildə Livanın Sultan Yaqub kəndi yaxınlığında Suriya ordusu ilə döyüşdə həlak olan və on illərdir itkin düşmüş kimi siyahıda olan sonuncu üç əsgərin qalıqlarını aşkar ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Yehuda Katzın qalıqları 18 avqust gecəsi İsrail Müdafiə Qüvvələrinin (İMQ) "Mossad" kəşfiyyat agentliyi ilə əməkdaşlıqda keçirdiyi xüsusi əməliyyat zamanı tapılıb. Portal qeyd edir ki, bu məlumatların dərc olunmasına qoyulan qadağa hərbçilərin onun ailəsinə əsgərin qalıqlarının tapılması barədə məlumat verməsindən sonra aradan qaldırılıb. Katz "Sultan Yaqub" döyüşündən sonra taleyi qeyri-müəyyən qalan sonuncu İsrail əsgəri olub.
Xatırladaq ki, "Sultan Yaqub" döyüşü 44 il əvvəl baş verib. İsrail və Suriya qüvvələri ərazidə təxminən səkkiz saat döyüşüb, nəticədə 20 İsrail əsgəri ölüb, onlarla nəfər yaralanıb və altı nəfər itkin düşüb.
Günəş Mərd
Bakı 



