• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

İran Hörmüz boğazı ilə bağlı ŞƏRTLƏRİNİ AÇIQLADI 

DÜNYA

18 Avqust 2026 | 13:53

İran Hörmüz boğazı ilə bağlı ŞƏRTLƏRİNİ AÇIQLADI 

İran iyunun ortalarında imzalanmış memorandumun şərtlərini yerinə yetirənə qədər Hörmüz boğazını açmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin spikeri və İranın ABŞ ilə baş danışıqçısı Məhəmməd Bağır Qalibaf bildirib.

"Hörmüz boğazı blokada qaldırılana, dondurulmuş aktivlər açılana, neft sanksiyaları qaldırılana, bütün cəbhələrdə təhdidlər və hərbi əməliyyatlar dayandırılana və memorandumun digər şərtləri yerinə yetirilənə qədər açılmayacaq", - deyə o bildirib.

Xatırladaq ki, avqustun 17-də "Əl-Ərəbiyyə" telekanalı mənbələrə istinadən ABŞ və İranın atəşkəsin uzadılması barədə razılığa gəldiyini bildirib. 8 iyulda ABŞ Prezidenti Donald Tramp 18 iyun gecəsi İranla əldə edilən atəşkəsin artıq qüvvədə olmadığını elan edib. 8 iyuldan bəri ABŞ ordusu İrana bir neçə hücum həyata keçirib. ABŞ Mərkəzi Komandanlığı bunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini iddia edib. Tehran buna cavab olaraq bir neçə Yaxın Şərq ölkəsindəki ABŞ bazalarına zərbələr endirib, Hörmüz boğazını bağlayıb və Vaşinqtonu atəşkəs razılaşmasını pozmaqda günahlandırıb.

Günəş Mərd 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR