• Bakı 29° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Takaiti: Yaponiya gəmisi Hörmüz boğazından uğurla keçib

DÜNYA

19 Iyun 2026 | 14:08

Takaiti: Yaponiya gəmisi Hörmüz boğazından uğurla keçib

Bu gün Yaponiya ilə əlaqəli bir gəmi Hörmüz boğazından uğurla keçərək Fars körfəzinin hüdudlarından kənara çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiti "X" sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib.

Məlumata görə, sözügedən gəminin göyərtəsində 3 heyət üzvü - Yaponiya vətəndaşı var. Nəticədə Yaponiya ilə əlaqəli bütün gəmilər Fars körfəzini (vəziyyət yarandığı an yaponiyalı heyət üzvlərinin sayı 24 nəfər olub) tərk edib.

"Bu gəminin keçidi ilə əlaqədar hökumət İranla da müxtəlif razılaşmalar aparıb. ABŞ və İran arasında memorandumun imzalanması fonunda hökumət Hörmüz boğazından azad və təhlükəsiz gəmiçiliyin tezliklə bərpası, eləcə də Yaponiya ilə əlaqəli olan 37 gəminin mümkün qədər tez bir şəkildə Hörmüz boğazından keçməsi üçün diplomatik səylərini davam etdirəcək", - S.Takaiti qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026