• Bakı 27° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Kaxa Kaladze: Gürcüstan heç kimin arxa həyəti deyil

SİYASƏT

19 Iyun 2026 | 17:27

Kaxa Kaladze: Gürcüstan heç kimin arxa həyəti deyil

Tbilisi meri və hakim "Gürcü Arzusu" Partiyasının baş katibi Kakha Kaladze Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni tənqid edib.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, o, bu tip qətnamələrin heç bir real dəyərinin olmadığını və həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, Gürcüstana qarşı böhtan və təzyiq siyasəti davam edir:

“Biz çoxlu belə qətnamələr görmüşük və onların necə qəbul edildiyini yaxşı bilirik. Bu qətnamələrin heç bir qiyməti yoxdur. Burada yalnız yalanlar var, konkret faktlar və həqiqət isə yoxdur. Keçmişdə də eyni məzmunlu çoxsaylı qətnamələr qəbul olunub.  Biz dəfələrlə demişik ki, dialoqa hazırıq".

Kaladze qeyd edib ki, Gürcüstan müstəqil və suveren dövlətdir və ölkəyə hörmətlə yanaşılmalıdır.

"Gürcüstan heç kimin arxa həyəti deyil. Hər kəs gürcü xalqına hörmət etməlidir", – deyə Tbilisi meri əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR