• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Yaşar Güler Şimali Kiprə səfər edib

SİYASƏT

19 Iyul 2026 | 15:02 | Müəllif: Əli Hüseynov

Yaşar Güler Şimali Kiprə səfər edib

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Şimali Kiprə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Milli Müdafiə naziri Yaşar Güler, Kipr Sülh Hərəkatının (Mutlu Barış Harekâtı) 52-ci ildönümü mərasimlərində iştirak etmək üçün Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı Ziya Camal Kadıoğlu, Quru Qoşunları komandanı Metin Tokel və nazir müavini Saleh Ayhanla birlikdə Şimali Kiprə səfər edib", - məlumatda bildirilib.

O, Şimali Kiprin Prezidenti Tufan Erhürmanla da görüşüb.

Xatırladaq ki, bu, Türkiyənin 1974-cü ilin iyul ayında Kiprdəki türk icmasını qorumaq məqsədilə həyata keçirdiyi hərbi dəstək Kipr Sülh Hərəkatı adlanır.

Əməliyyatın birinci mərhələsi 20 iyul 1974-cü ildə, İkinci Sülh Hərəkatı isə 14 avqust 1974-cü ildə baş tutub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026