• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Minnixanov İlham Əliyevi təbrik etdi

SİYASƏT

19 Iyun 2026 | 20:45 | Müəllif: Subhan Mahmudov

Minnixanov İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxt.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

    Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Tatarıstan sakinləri adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

    Sizə və ölkənizin bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, dövlətçiliyin daha da möhkəmləndirilməsi işində və çoxşaxəli sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində daim uğurlar arzulayırıq. Qoy, Azərbaycan cəmiyyətinin birliyi və quruculuqla bağlı güclü əzmi əcdadların tarixi nailiyyətlərinə dair xatirələrlə möhkəmlənərək ölkənin davamlı dinamik inkişafının və firavanlığının təminatı olsun!

    Qardaş xalqlarımızın xoşməramlı əməkdaşlıq ənənələrinin gələcəkdə də sarsılmaz qalacağına, habelə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq maraqları naminə geniş qarşılıqlı fəaliyyətin daha da inkişaf etdiriləcəyinə ümid bəsləyirik.

    Sizə, yaxınlarınıza və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırıram".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Sentyabr 2026
    12 Sentyabr 2026