Aparıcı Yelena Sidorenko sosial şəbəkədə vəfat edən qızın görüntülərinin paylaşılmasına etiraz edib.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı həmin şəxsin videolarının yayılmasını və sosial şəbəkələrdə təhqir olunmasını qınayıb:
“İnsan deyirəm… Bu nədir belə, insanlıq budur? Bu gənc qızın videolarını niyə tirajlayırsınız? Niyə onun söyülməsi üçün səbəbkar olursunuz? Sizin övladınız yoxdur? Sabahdan qorxmursunuz?
O qızın ruhunu rahat buraxın. Hər kəs ağzına gələni yazır. Allahdan qorxun. Belə yaxşı valideynsinizsə, gedin öz övladlarınızla məşğul olun. İnsanların hissləri ilə oynamayın.
Uşaq ölüb, anlayırsınız? Bu halda sizə kim ixtiyar verir ki, onun həyatından, tərbiyəsindən, valideynlərindən danışasınız? Ayıbdır. Özünüzə gəlin, Allahdan və sabahdan qorxun”.

Bakı 



