Türkiyənin Muğla vilayətinin Milas rayonunda baş verən meşə yanğını güclü küləyin təsiri ilə qısa zamanda geniş əraziyə yayılıb.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, alovlar aktyor Çağatay Ulusoyun, Yasemin Ərgənənin və futbolçu Lukas Torreyanın da evlərinin yerləşdiyi əraziyə çatıb.
Bildirilib ki, yanğın nəticəsində evlərə ciddi maddi ziyan dəyib.
Hadisə səbəbindən bölgədə yaşayan təxminən 1000 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Bakı 



