• Bakı 26° C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəlib - YENİLƏNİB

İDMAN

20 Iyun 2026 | 01:03

DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəlib - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər. 

Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 44-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.

 

00:16

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabda öndədirlər - 2:0.

Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.

XXX

19 iyun 23:50

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri fasiləyə üstün yollanıblar - 2:0.

Komanda birinci hissənin başa çatmasına az qalmış ikinci qolu vurub.

44-cü dəqiqədə Aleks Frimen ABŞ seçməsini fasiləyə 2:0 öndə yollayıb.

XXX

23:15

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabı açıblar - 1:0.

11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub.

XXX

23:00

Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, D qrupunun II turunun matçı Sietl stadionunda keçirilir.

Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026