Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Samux küçəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ-2107”-nin sərnişini, 45 yaşlı Namiq Səlimov müxtəlif bədən xəsarətləri alıb.
Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 



