• Bakı 9° C

    11.96 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Quru sərhədləri nə vaxt açılacaq? - AÇIQLAMA

CƏMİYYƏT

23 Aprel 2022 | 20:20 | Müəllif: Subhan Mahmudov

Quru sərhədləri nə vaxt açılacaq? - AÇIQLAMA

"Artıq pandemiya ilə bağlı vəziyyət bitib. Dünyanın bir çox ölkələri məhdudiyyətləri götürüblər. Azərbaycanda da pandemiya rejimi kifayət qədər yumşaldılıb". 

Bakıvaxtı.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, götürülən məhdudiyyətlərlə yanaşı quru sərhədləri də açılmalıdır:

"Quru sərhədlərinin bu qədər bağlı qalması anlaşılan deyil. Qonşularımızın hamısı sərhədlərini açıb. Ümid edirəm ki, yaxın vaxtlarda bu məhdudiyyət də aradan qaldırılacaq. Quru sərhədlərinin açılmasının iqtisadiyyata xeyri olacaq. Yenidən sərhədyanı ticarət canlanacaq. Hesablamalara görə, quru sərhədləri açılsa, turizm dövriyyəsi 2 dəfədən çox arta bilər. Bu isə daxildə turizm obyektlərinin canlanmasına səbəb olar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026