• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təhsil Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu memorandum imzaladı

CƏMİYYƏT

18 Aprel 2022 | 13:25 | Müəllif: Qalib İbrahimoğlu

Təhsil Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu memorandum imzaladı

Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu bardə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, memorandumu təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirləri həyata keçirərək işğaldan azad olunan ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.

Anlaşma Memorandumunda qeyd olunan məqsəd üzrə aparılan işlər çərçivəsində təhsilin inkişafına dəstəyin göstərilməsi, o cümlədən xarici dövlətlərin təcrübəsi öyrənilməklə tətbiqi, kadr ehtiyacının araşdırılması, təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının təşviqi, təhsil sisteminin imkanlarından yararlanaraq müvafiq müəssisələrdə ianəçilik mədəniyyətinin təbliği və digər bu kimi məsələlər əhatə olunub.

Ranid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026