• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Sürücülərin NƏZƏRİNƏ: Bu magistral yolda...

CƏMİYYƏT

18 May 2022 | 10:00

Sürücülərin NƏZƏRİNƏ: Bu magistral yolda...

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən yolun Hacıqabul rayonu ərazisindən keçən 89,7-ci kilometrində yerləşən mövcud avtomobil körpüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq may ayının 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək. Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Qurum qeyd edib ki, sürücülərdən təmir işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026