• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azhərəkətli insanlarda kalsinatlar yaranır

CƏMİYYƏT

17 Iyun 2022 | 07:14 | Müəllif: Qalib İbrahimoğlu

Azhərəkətli insanlarda kalsinatlar yaranır

Kalsinatlar qaraciyərdə infeksion xəstəliklərə yoluxma, eləcə də orqanizmdə metobolizm proseslərinin pozulması, əsasən də kalsium mübadiləsinin patologiyası zamanı yaranır. Kalsium duzlarından ibarət topalar hepatositləri - qaraciyər hüceyrələrini əvəz edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, qaraciyərin funksiyası pozulduqda intoksikasiya yaranır, ilk növbədə həzm sisteminin işi pozulur- köp və qəbizlik əmələ gəlir.

Həkim deyib ki, azhərəkətli insanlarda da birinci növbədə kalsinatlar yaranır. Bu səbəbdən də o, əllər yanda açıq vəziyyətdə olmaqla hər gün ən az 1 saat piyada gəziməyi məsləhət görür.

F.Hüseynov bu problemin müalicəsi üçün resept də təqdim edib:

"300 qr ud hindi və 300 qr alaqanqal ( üyüdülmüş) qarışdırılır və gündə 3 dəfə olmaqla hər yeməkdən əvvəl 1 çay qaşığı 1 st su ilə içilir. 1 litr suya 3 xr qaş alma sirkəsi və 1 çay qaşığı soda qarışdırılır və gün ərzində içilir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR