• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Sərdar Cəlaloğlu Şuşada nədən narazı qaldı?

CƏMİYYƏT

16 Iyun 2022 | 21:52 | Müəllif: Subhan Mahmudov

Sərdar Cəlaloğlu Şuşada nədən narazı qaldı?

İyunun 15-də 40-a qədər siyasi partiya rəhbərlərinin Şuşaya səfəri qalmaqalsız ötüşməyib.

Bakıvaxtı.az teleqraf.com-a istinadən xəbər verir ki, Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransa partiya sədrləri də dəvət olunmuşdu.

Partiya sədrləri Şuşada xeyli şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşıblar. Amma ADP sədri Sərdar Cəlaloğlunun həmin fotolarda olmaması diqqəti cəlb edib

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlu da Şuşada olub.

"O, sadəcə şəkil çəkdirmək istəməyib", - P.Hüseyn deyib.

Məlumata görə, S.Cəlaloğlu Şuşaya səfər etsə də, bu səfərin formatı onu qane etməyib. Belə ki, dünənə qədər Rusiyanı tərifləyən, Türkiyəyə qarşı qısqanc mövqeyilə seçilənlərin onunla eyni avtobusa mindirilib, eyni tədbirə yola salınmasından narazı qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026