Evdə qurudulmuş soğanla telefonunuzu şarj edə biləcəyinizi ağlınıza gətirirdiniz?
Bakıvaxtı.az xarici mərbuata istinadən xəbər verir ki, İngiltərədə yaşayan Owen Louis adlı gənc etdiyi təcrübənin nəticəsi ilə insanları təəccübləndirib.
Budur Louis-in etdiyi inanılmaz proses...
Gənc oğlan evdə tapdığı soğanla ağlasığmaz nəticəyə nail olub. O, çəkdiyi video ilə soğanla bəzi əməliyyatlardan sonra elektron cihazını şarja qoyurmuş kimi istifadə etməyi bacarıb.
Dostunun verdiyi fikirlə tərəvəzlərlə elektrik enerjisi istehsal edə biləcəyini düşünən Owen Louis bunu etdiyi təcrübə ilə sübut edib. Bu təcrübəyə soğanla başlayan yeniyetmə sonunda məqsədi üçün olduqca qeyri-adi bir şey tapır.
Bütün tərəvəzlərdə ionlar var. Enerji içkilərində də bu ionları aktivləşdirən bir sıra qarışıqlar var. Başqa sözlə desək, enerji içkisi ilə tərəvəzin tərkibindəki ionların miqdarını uyğun şərait yaradıb birləşdirəndə nəzəri cəhətdən belə bir elektrik enerjisinin ayrılması mümkündür.
Owen Louisin istifadə etdiyi üsul belədir; Bir tornavida və ya bir qazma aləti ilə soğanın hər iki tərəfində bərabər bir çuxur qazırsınız. Soğanı istənilən enerji içkisində təxminən yarım saat qoyub kimyəvi reaksiya verməsini gözləyirsiniz.
Aytac Aslan















