• Bakı 22° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Tərləmədən bu üsullarla xilas olun

CƏMİYYƏT

15 Iyul 2025 | 11:55

Tərləmədən bu üsullarla xilas olun

Həddindən artıq tərləmədən qurtulmağın yolları açıqlanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Belə ki, insanlara pəhrizin dəyişdirilməsi, rasiondan yağlı qidaların, ədviyyatların və kofeinin çıxarılması tövsiyə edilib. Həmçinin bildirilib ki, isti havalarda bol su içmək vacibdir. Orqanizm susuz qaldıqda dərinin soyudulması üçün daha çox enerji sərf etməli olur ki, bu da tərləməni artırır.

Kifayət qədər yatmağın, daha az stressə məruz qalmğın və siqareti tərgitməyin də tərləməni azaltdığı vurğulanıb. Bundan başqa geniş və təbii materiallardan hazırlanmış geyimlərə üstünlük verilməsi məsləhət görülüb.

Nəzərə çatdırılıb ki, tərləməni azaltmaq üçün antiperspirantı səhər yox, gecə yatmazdan əvvəl çəkmək daha təsirlidir. İzah olunub ki, bu vasitələrin tam təsir göstərməsi üçün bir neçə saata ehtiyac var.

Bundan əlavə, bəzi insanlara xalq üsullarının da kömək etdiyi bildirilib. Məsələn, problemli nahiyələri alma sirkəsi ilə silməyin effektiv olacağı qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR