• Bakı 27° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Kəramət Şükürovun ölümü ilə bağlı - AÇIQLAMA

CƏMİYYƏT

14 Avqust 2025 | 10:52

Kəramət Şükürovun ölümü ilə bağlı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün şair Kəramət Şükürovun küçədə meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  verilən məlumata görə, avqustun 13-ü saat 19:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1957-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallının Göyçöl kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub.


SON XƏBƏRLƏR

13 Avqust 2025