• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Tesla"nın avtomobilləri ucuzlaşır

İQTİSADİYYAT

24 Aprel 2024 | 11:56

Teslanın avtomobilləri ucuzlaşır

ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" Çin, Almaniya və ABŞ kimi böyük bazarlarda bəzi modellərinin qiymətlərini endirib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən bildirir ki, "Tesla"nın satışları 2020-ci ildən indiyə kimi ilk dəfə birinci rübdə azalıb.

Belə ki, şirkət ötən ilin ilk rübündə 422 min 875 avtomobil tədarük etsə də, bu ilin müvafiq dövründə 386 min 810 avtomobil təşkil edib. Ona görə də elektrikli avtomobil satışlarının azaldığı və çinli avtomobil istehsalçıları ilə rəqabətin artdığı bir vaxtda "Tesla" elektrikli avtomobil qiymətlərində yeni endirimlər edib.

Rəsmi açıqlamaya görə, şirkət "Tesla Model 3"ün qiymətini 14 min yuan (təxminən 1932 dollar) azaldaraq 231 min 900 yuana (təxminən 32 min dollar) endirib. Həmçinin Almaniyada arxa ötürücülü "Model 3"ün qiyməti 42 min 990 avrodan 40 min 990 avroya endirilib. "Model Y", "Model X" və "Model S" avtomobillərinin qiymətlərində isə 2 min dollar ucuzlaşma var.

"Tesla"nın Avropa, Yaxın Şərq və Afrikanın bir çox başqa ölkəsində də qiymət endirimləri edəcəyi gözlənilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024