• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Gürcüstan Milli Bankı faiz dərəcəsini 8 faizə endirib

İQTİSADİYYAT

23 May 2024 | 14:04

Gürcüstan Milli Bankı faiz dərəcəsini 8 faizə endirib

Gürcüstanda aşağı inflyasiyanın qalması fonunda faiz dərəcələri aşağı salınıb. 

Bakıvaxtı.az "İnterpress.Ge" saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin aprel ayında ümumi qiymət səviyyəsi 1,5 faiz artıb, il üzrə baza inflyasiyası isə 2,3 faiz təşkil edib.

"Gürcüstan Milli Bankı cari iqtisadi prosesləri və maliyyə bazarlarını daim izləyir. Qiymət sabitliyini təmin etmək üçün bütün vasitələrdən istifadə olunacaq", – Mərkəzi Bankdan bildirilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Iyun 2024