• Bakı 19° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Tesla"nın Şanxay zavodundan iyul ayı tədarükləri 8,4% azalıb

İQTİSADİYYAT

04 Avqust 2025 | 16:29 | Müəllif: Gülşən Şərif

"Tesla"nın Şanxay zavodundan iyul ayı tədarükləri 8,4% azalıb

"American Tesla Inc" iyul ayında Şanxay zavodundan elektrik avtomobillərinin tədarükünü illik müqayisədə 8,4% azaldıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu, Çin Sərnişin Avtomobil Assosiasiyasının (CPCA) hesabatında yer alıb.

Hesabata görə,  "Tesla"nın Şanxay zavodu iyul ayında 67 886 avtomobil göndərib. Zavod "Model 3" sedanları və "Model Y" yolsuzluq avtomobilləri istehsal edir.

Ümumilikdə iyun ayında Tesla-nın Şanxay zavodunda səkkiz aylıq enişdən sonra ilk dəfə olaraq tədarüklər illik müqayisədə bir qədər artıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026