• Bakı C

    7.75 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Tətil bitdi, işə adaptasiya ola bilmirsiniz? - Psixoloq MƏSLƏHƏTİ

CƏMİYYƏT

06 Yanvar 2025 | 10:33

Tətil bitdi, işə adaptasiya ola bilmirsiniz? - Psixoloq MƏSLƏHƏTİ

Azərbaycanda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 7 günlük bayram tətili başa çatıb. Bu gün 2025-ci ilin ilk rəsmi iş günüdür.

Adətən, belə uzunmüddətli tətildən sonra insanlar iş mühitinə adaptasiya olunmaqda çətiblik çəkirlər.  Belə ki, tətil bitdikdə rahatlığımız pozulur, günümüzün çox hissəsini işə ayırmalı oluruq. Beləliklə, işə həvəssizlik yaranır.

Bəs tətildə sonra işə necə adaptasiya oluna bilərik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva bildirib ki, adaptasiya yeni bir mühitə öyrəşmək, həyat tərzinə alışmaq deməkdir. Çox zaman insanlar alışdıqları rejimdən digər rejimə keçməyə çətinlik çəkirlər. Onun sözlərinə görə, tətildən sonra da həmçinin işə qayıtmaq, istər yuxudan ayılmaq, istər iş rejiminə dönmək, istərsə də alışdığımız ev mühitindən ayrılmaq çətindir.

“Bəzi insanlar tətildə olsalar belə onlayn işləyirlər, yaxud ikinci bir işlə məşğul olurlar ki, onlar tətilin necə gəlib getdiyini anlamırlar”, - deyə müsahibimiz əlavə edib.

Nabat Mirzəyeva, psixoloq

Psixoloq qeyd edib ki, işə adaptasiya ola bilməyən insanlar özlərini antimotivasiya etmək əvəzinə, işə nəyə görə getdiklərini, qazandıqları pul ilə nə etmək istədiklərini düşünsünlər:

“Sözsüz ki, hər birimizin çalışmaq məqsədi var və gələcəyə doğru planlarımızda bizim maddi dəstəyə ehtiyac olduğumuzu düşünərək, işə olan həvəsimizi artırmağa çalışmalıyıq”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR