• Bakı 12° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Tətil bitdi: İşə adaptasiya olmağın yolları

CƏMİYYƏT

01 Aprel 2025 | 10:02

Tətil bitdi: İşə adaptasiya olmağın yolları

Azərbaycanda 12 günlük bayram tətili başa çatdı. Martın 20-dən 31-dək davam edən tətil ən uzun bayram tətili sayıla bilər.

Bakıvaxtı.az xatırladır ki, bayram tətilindən sonra bu gün ilk iş günüdür. Uzun tətildən sonra insanların işə, məktəbə adaptasiyası  çətin olur. Bəs tətillərdən sonra işə necə adaptasiya edə bilərik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Aynur İsmayılova bildirib ki, biz çox müddətli bayram tətillərindən sonra işə adaptasiya ola bilmirik. Hər gün yaşadığımız tıxac, iş yorğunluğundan sonra istirahətə alışmağımız çox normaldır:

"Hər gün səhər tezdən durmaq, tıxaclarda gözləmək, iş stresi insanı yorur. Tətildə dincəlirik və tətil bitir, işə dönən zaman adaptasiya olmağa çətinlik çəkirik. Belə olduğu halda, öz-özümüzə stimul verməliyik ki, işləyib ay sonunda maaş alacağıq, etdiyimiz işin bəhrəsini görəcəyik".

Aynur İsmayılova: Öz-özümüzə stimul verməliyik ki...

Psixoloq qeyd edir ki, uzunmüddətli tətilə alışıb işləməmək insanı antisosial bir şəxsiyyətə çevirər:

"İşləməmək insanı depressiv bir insana çevirir. Buna görə də, işə adaptasiya ola bilməyən insanlar bunları göz önünə gətirməlidir. İş yoldaşlarımız ilə daimi xoş ünsiyyət, işimizə sevgi ilə yanaşmaq kimi amillər adaptasiya olmağa kömək edir".

"Nəzərə almayıq ki, nə qədər işləyiriksə, paralelində dincəlməliyik. Həmçinin nə qədər dincəliriksə, paralelində işləməliyik"-, deyə Aynur İsmayılova əlavə edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR