• Bakı 14° C

    1.33 m/s

Təyyarədə təhlükəli "sərnişin": Kobraya təcili eniş etdirdi

CƏMİYYƏT

06 Aprel 2023 | 11:46

Təyyarədə təhlükəli "sərnişin": Kobraya təcili eniş etdirdi

Cənubi Afrikada sərnişin təyyarəsi təcili eniş edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, buna pilotun oturacağının altında iki metr uzunluğunda kobra aşkarlaması səbəb olub.

Belə ki, ombasında "soyuqluq" hiss edən pilot Rudolf Erasmus əvvəl su şüşəsinin sızdığını zənn edib. Ancaq bunun əvəzinə altında zəhərli ilan görüb.

Yerli xəbər qaynağı "Lowvelder"ə danışan pilot "İlanın panika yarada biləcəyindən narahat idim, bir dəqiqə gözlədim. Sonra oturacağımın altında ilan olduğunu, ona görə təcili eniş edəcəyimizi söylədim Xoşbəxtlikdən hər kəs sakit qaldı" deyib.

Qeyd edək ki, sakit qəbul edilsə də, Cape Afrikanın ən təhlükəli kobralarından biri hesab olunur.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR