Talibanla mübarizə aparan Əfqan Müqavimət Qüvvələri ölkədə yaşayan bütün etnik qrupların nümayəndələrindən ibarətdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər deyib.
“Müqavimət Qüvvələri daxilində heç bir münaqişə yoxdur, hamı tək yumruq kimi davranır. Əfqanıstanda Taliban rejimini qəbul etməyən bütün etnik qruplar müqavimət sıralarına qoşuldu. Bura özbəklər, xəzərlər və puştunlar daxildir. Tezliklə Pəncşirdə Talibanı tanımayan bütün məşhur komandirlərin iştirakı ilə milli toplantı və məclis təşkil ediləcək", - səfir bildirib.
















