• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə ABŞ-dan 40 ədəd F-16 almaq niyyətindədir

DÜNYA

08 Oktyabr 2021 | 18:47

Türkiyə ABŞ-dan 40 ədəd F-16 almaq niyyətindədir

Türkiyə 40 F-16 qırıcısı almağa hazır olduğu və Ankarada mövcud olan 80-ə yaxın Amerika qırıcısının modernləşdirilməsi ilə bağlı ABŞ-a müraciət edib.

Bakıvaxtı.az Reuters-ə istinadən xəbər verir ki, müqavilə ABŞ dövlət departamenti və hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah tədarükündən məsul olan Pentaqonun strukturuna daxil olan müvafiq dövlət qurumu tərəfindən öyrənilir.

Agentlik xatırladıb ki, bu strukturların mümkün təsdiqindən sonra müqavilə Konqres tərəfindən qarşısı alına bilər. Pentaqon və Dövlət Departamenti hələlik bu məlumatı şərh etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026