• Bakı 22° C

    7.94 m/s

THY "Təyyarədə həkim varmı" sualına son qoyacaq: Uçan həkim

DÜNYA

05 Aprel 2022 | 04:27 | Müəllif: Qalib İbrahimoğlu

THY "Təyyarədə həkim varmı" sualına son qoyacaq: Uçan həkim

Türk Hava Yolları (THY) sərnişinin xəstələndiyi təqdirdə "Uçan həkim" tətbiqi ilə təyyarənin enməsinin qarşısını almağı planlaşdırır.

Bakıvaxtı.az-ın məlumatına görə, THY-nin yeni idarə heyəti və icra komitəsinin sədri Ahmet Bolat bildirib ki, bilet alarkən həkim özünü təqdim edib, hansı sahədə çalışdığını bildirərsə, həmin sərnişinə mükafat olaraq uçuş milləri veriləcək. Beləliklə, həkimin uçuşda hansı kresloda əyləşdiyi və onun təcrübəsi məlum olacaq.

Uçuş zamanı sərnişin xəstələnərsə, “Təyyarəmizdə həkim varmı” elanına ehtiyac olmadan müdaxilə etmək mümkün olacaq.

Araşdırmaya görə, təyyarənin eniş etməsinə səbəb olan sağlamlıq problemlərinin hər 100 min uçuş saatında yeddi-səkkiz dəfə meydana gəldiyi müəyyən edilib (aviatravel.az). Yeni tətbiq ilə təyyarənin marşrutunu və enişini dəyişməyə ehtiyac qalmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026