Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə telefonla danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçısı baş katibdən Mariupoldakı Azovstal zavodu ərazisindəki mülki şəxslərin və yaralıların təxliyəsinin təşkilinə kömək göstərməsini xahiş edib.
















